Dekabrın 7-si saat 1 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1965-ci il təvəllüdlü Vasif Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan bildirilib ki, aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Bayram Fətəliyevin Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Vasif Fətəliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.