Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman bir nəfər şəxsin rayon sakini olan qadının pul qabını soyğunçuluq yolu ilə taladığını görüblər.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.