Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Zəlzələ nəticəsində hər hansı dağıntı baş verib? - RƏSMİ AÇIQLAMA

778
Paylaş:
Zəlzələ nəticəsində hər hansı dağıntı baş verib? -     RƏSMİ AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.

Bu barədə Pravda.az-a FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Paylaş:

Ən son xəbərlər