Bakıda avtomobildən xeyli miqdarda qızıl oğurlanıb.
DİN-dən verilən məlumata görə, Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.