Azərbaycanda hiss olunan zəlzələ anı ARB televiziyasının canlı yayımında nümayiş olunub. Day.az ARB TV-ya istinadən xəbər verir ki, zəlzələ anı aparıcılar Rahil Sayadoğlu və Sevda Rəsulqızının təqdimatında yayımlanan "Günə doğru" verilişində öz əksini tapıb.
Aparıcılar peşəkarlıq nümayiş etdirərək tamaşaçılara baş vermiş zəlzələ ilə bağlı ilkin informasiyanı çatdırıb və verilişi davam etdiriblər.