BURADA REKLAMINIZ OLA
BİLƏR

Horadizdə traktor minaya düşdü - YENİLƏNDİ

Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

 

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

 

***

11:07

 

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.

 

Araşdırma aparılır.

Tarix: 7 Dekabr 2023, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin