Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNDİ

993
Paylaş:
Yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb -   YENİLƏNDİ

Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın səkkizinci sinif şagirdi odlu silahdan bir neçə dəfə atəş açıb.

Ölkənin Daxili İşlər Nazirliyi hadisə zamanı 3 nəfərin yaralandığını və insidenti törədən 7-ci sinif şagirdi Alina A. intihar etdiyini bildirib.

APA

***

11:09

Rusiyada məktəb şagirdi odlu silahdan atəş açıb.

Bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın səkkizinci sinif şagirdi odlu silahdan bir neçə dəfə atəş açıb.

Məktəbli qızın atəş açması nəticəsində xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

APA

Paylaş:

Ən son xəbərlər