BURADA REKLAMINIZ OLA
BİLƏR

GAP seçki ilə bağlı qərar verdi, partiya qurultaya hazırlaşır

Yaranmış siyasi vəziyyətlə bağlı Gələcək Azərbaycan Partiyası İdarə Heyətinin növbədənkənar toplantısı keçirilib.

 

Bu barədə Pravda.az-a partiyadan məlumat daxil olub.

 

“İdarə heyətinin toplantısında növbədənkənar prezident seçkilərinin çağrılması geniş müzakirə edilmiş, əldə edilmiş qənaət bundan ibarət olmuşdur ki, məlum növbədənkənar prezident seçkilərinin elan edilməsi ilə bağlı qərar ölkədə yeni siyasi situasiya yaratmış olub. Partiya idarə heyətinin qərarı əsasında Gələcək Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərinə hazırlaşması barədə qərar qəbul edilib. Eyni zamanda digər qəbul edilmiş qərara əsasən partiyanın növbədənkənar prezident seçkilərində öz namizədi ilə iştirak etməsi, namizədin kimliyinin partiyanın növbədənkənar qurultayında müəyyən edilərək elan edilməsi qərara alınıb. Beləliklə partiya idarə heyətinin qərarı ilə Gələcək Azərbaycan Partiyası növbədənkənar qurultaya getmək barəsində qərar qəbul etmiş, növbədənkənar qurultayın 23 dekabr 2023-cü il tarixində keçirilməsi qərara alınıb”, - məlumat qeyd olunub.

Tarix: 7 Dekabr 2023, 13:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin