Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

1 121
Paylaş:
Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI:     "Bu ərazilərdə daha da aktivləşəcək"

"Hiss edilən zəlzələlər davamlı olaraq baş verəcək. 2024-cü ildə də Xəzər dənizində belə zəlzələlər olacaq". 

Pravda.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə bundan sonrakı müddət ərzində Xəzər dənizində bugünkü zəlzələnin ocağına qonşu ocaqlar da aktivləşəcək:


"Bu ocaqlar artıq oyanıb, daha da aktivləşəcək. Mərkəzi və Cənubi Xəzərdə zəlzələ ocaqlarında kəskin aktivlik müşahidə edəcəyik. Bakı şəhərində təkanları hiss etməyimiz qaçılmazdır. Talış zonası, Hacıqabul, Şamaxı-İsmayıllı, Ağsu zonaları da yenidən aktivləşəcək".

Paylaş:

Ən son xəbərlər