Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində ölüm hadisə qeydə alınıb.
Pravda.az-ın APA-ya istinadən məlumatına görə, axşam saatlarında Belarus Respublikasının vətandaşı, 1978-ci il təvəllüdlü Korziuk Ruslan idarə etdiyi iritonnalı yük maşını ilə Gürcüstan Respublikasından Azərbaycan ərazisinə keçdikdən sonra Mazımçay gömrük-sərhəd buraxılış məntəqəsində sükan arxasında qəfildən halı pisləşib və dünyasını dəyişib.