“Premium Park” şirkəti məsələ ilə bağlı açıqlama yayıb.
Pravda.az şirkətin mövqeyini təqdim edir: “Bir müddət öncə bəzi sosial şəbəkə səhifələrində ünvanımıza səsləndirilən böhtan xarakterli fikirlərə cavab olaraq bildirmək istərdik ki, sözügedən ərazinin yaşayış kompleksinə heç bir aidiyyatı olmaması ilə yanaşı, şirkətin əməkdaşları tərəfindən orada əkilən ağaclara mütamadi olaraq agrotexniki qulluq göstərilir. Həmçinin, şirkətin hədəflərindən birinin ətraf mühitə tövhə vermək olduğunu nəzərə alaraq yaşayış kompleksinin daxilində də gələcəkdə ağacların əkilməsi nəzərdə tutulub”.
***
19:59
Nizami rayonunun Rüstəm Rüstəmov küçəsindəki yaşıllıq zolağında 30-a yaxın zeytun ağacının kəsildiyi deyilir.