BURADA REKLAMINIZ OLA
BİLƏR

Şarl Mişel: Ermənistan və Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi

Ermənistan-Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi, bunu alqışlayırıq.

 

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti "X" hesabında bildirib.

 

"Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.

 

İndi mən liderləri Ermənistan-Azərbaycan sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram", - deyə Şarl Mişel bildirib.

 

APA

Tarix: 7 Dekabr 2023, 22:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin