Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Aeroport yanır

1 581
Paylaş:
Aeroport yanır

Almaniya paytaxtının şimalında, Teqel aeroportunda anbarların yerləşdiyi məkanda yanğın baş verib.

Pravda.az-ın xəbərinə, bu barədə şəhərin yanğından mühafizə xidməti məlumat yayıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri məlum deyil.

“Bir neçə anbar yanır. Əraziyə 110 əməkdaşla cəlb olunmuşuq və bir neçə istiqamətdə yanğınla mübarizə aparırıq”, - deyə yanğından mühafizə xidməti özünün “Twitter” səhifəsində bildirib.

Hazırda polis əraziyə gedən yolları bağlayıb.

Paylaş:

Ən son xəbərlər