BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Badamov: Son razılaşma Ermənistanın Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməsi deməkdir

Son razılaşma Ermənistanın da artıq Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etməsi deməkdir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyevin siyasəti humanizmə söykənib: “Ermənistanda əsirlikdə olan iki əsgərimizin azad edilməsi Ali Baş Komandanın hər bir Azərbaycan əsgərinin taleyini düşündüyünün göstəricisidir. Eyni zamanda əsgər valideynlərinin dövlətimizin başçısına etdiyi müraciətlərə verilən yüksək dəyər və onların dərdinə şərik olmağın əyani sübutdur. Prezident İlham Əliyevin bu təşəbbüsü onun hər bir vətəndaşın Prezidenti olduğunu bir daha təsdiq etmiş oldu”.

Azər Badamov hesab edir ki, bu hadisə həm də Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması baxımından çox əhəmiyyətlidir: “Regionda sülh və əməkdaşlıq yaratmaq, hərbiçiləri azad etmək təşəbbüsləri Prezident İlham Əliyevə məxsusdur. Birbaşa müvafiq qurumlar arasında danışıqların aparılması yolu ilə razılaşmaların əldə olunması həm də ölkələrimiz arası münasibətlərin yeni bir müstəviyə qalxmasına yol açır. Bu, bir daha vasitəçisiz birbaşa danışıqların çox effektiv olduğunu göstərir və hesab edirəm ki, gələcək sülh danışqlarının taleyi də ancaq ikitərəfli formatda öz həllini tapacaq. Üçüncü tarixi hadisə COP29-da Ermənistanın öz namizədliyini geri götürərək Azərbaycanı dəstəklənməsi ilə bağlıdır. Ümumiyyətlə, son razılaşma Ermənistanın da artıq Azərbaycanın regionda yaratdığı yeni reallığın qəbul etməsi deməkdir. Mən inanıram ki, belə hadisələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını, qonşuluq münasibətlərin formalaşdırılmasını və yarımçıq qalmış məsələlərin həllini sürətləndirəcək”./APA

Tarix: 8 Dekabr 2023, 12:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin