Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Partiya sədrinin müavini: “Növbədənkənar Prezident seçkiləri gələcək üçün atılan ən doğru addımdır”

3 224
Paylaş:
Partiya sədrinin müavini: “Növbədənkənar Prezident seçkiləri gələcək üçün atılan ən doğru addımdır”

“Növbədənkənar Prezident seçkiləri gələcək üçün atılan ən doğru addımdır”.

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.

“Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev  sərəncam imzalayıb. 7 fevral seçkiləri bir neçə məqama görə tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqı ərazi bütövlüyü bərpa olunmuş bir dövlətin vətəndaşları olaraq seçkilərdə iştirak edəcək. Erməni əsilli vətəndaşlar da seçkilərdə iştirak edə bilərlər. Bununla da Qarabağ məsələsinin həlli istiqamətində növbəti mərhələ yekunlaşacaq. Xalqımız və dövlətimiz üçün xeyirli olsun”, - o qeyd edib.

Paylaş:

Ən son xəbərlər