"Bir gün müdirimiz çağırdı ki, səni Mərkəzi Komitəyə keçirdirəm. Dedi ki, Mərkəzi Komitənin birinci katibinin telefonçusu olacaqsan. Məni bir əsmə, qorxu tutdu. Dedim ki, mənə orada işləmək çətin olacaq. Nə qədər etiraz etsəm də, alınmadı. Əvvəl rayonlarda iclaslar olanda Heydər Əliyev orada iştirak edirdi. Mən iki gün əvvəl gedib hazırlıq işləri görürdüm. İclaslar başlayırdı, iclasdan sonra haranı istəyirdi, oranı da qoşurdum".
Pravda.az-ın xəbərinə görə, bunu Real TV-yə açıqlamasında Ümummilli lider Heydər Əliyevin şəxsi telefonçusu olmuş Zahirə Quliyeva deyib.