BURADA REKLAMINIZ OLA
BİLƏR

Qatar Tovuz sakinini vurdu

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb olub.

 

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib ki, dekabrın 9-da saat 00:00 radələrində ADY-yə məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonunun Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

 

Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

Tarix: 9 Dekabr 2023, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin