Müğənni Manaf Ağayev karantin günlərində həmkarlarını və yaxın dostlarını başına toplayıb, iftar süfrəsi açıb.
Pravda.az xəbər verir ki, sənətçinin dəbdəbəli malikanəsinə dəvət etdiyi məşhurlar sırasında Əməkdar artistlər Vasif Məhərrəmli, Teymur Əmrah, Kikboksinq üzrə dünya çempionu Eduard Məmmədov da olub.
M.Ağayev iftar süfrəsi önündə qonaqları salamlayaraq, çıxışını belə davam edib: “Əziz qardaşlar hər zaman siz gələsiz. İstədim sizi bir yerə toplayıb iftar süfrəsi verim. Müəyyən səbəblərdən oruc tuta bilmirəm. İstədim ki,oruc tutan və tutmayan dostlarımı da bir yerə toplayım”.
Daha sonra Manaf sözü süfrə arxasında əyləşən Əməkdar artist Vasif Məhərrəmliyə verib.