BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP əhaliyə müraciət edib

Həftəsonu müşahidə olunan hava şəraiti ilə bağlı Baş DYP İdarəsinin ​ yol ​ hərəkəti iştirakçılarına müraciət edib.

 

Baş DYP İdarəsindən Pravda.az-a verilən məlumata görə, hazırda​ müşahidə olunan yağışlı,​ dumanlı hava şəraiti​ yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün​ digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

 

Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxsus səfərə çıxan​ sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

Tarix: 9 Dekabr 2023, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin