Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

10-cu sinif şagirdi məktəbdə bıçaqlandı

754
Paylaş:
10-cu sinif şagirdi məktəbdə bıçaqlandı

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.


Pravda.az-ın APA-ya istinadən məlumatına görə, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.


Məktəbinin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.


Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.


Məlumata görə, o, sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyətində qeydə alınıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparıldığını deyib.

Paylaş:

Ən son xəbərlər