Bürclər insanın xarakterinin formalaşmasına böyük təsir göstərən və həyatında mühüm dəyişikliklərə şərait yaradan amillərdəndir.
Göydə baş verən demək olar ki, hər bir hadisə bürclərdə müxtəlif dəyişikliklərə və yeniliklərə səbəb olur. Astroloqlar Yeni ilin ilk ayının ən şünslı bürclərini açıqlayıb. Pravda.az baku.ws-ə istinadən yanvar ayında bəxt üzünə güləcək 3 bürcü təqdim edir:
Buğa
21 aprel - 21 may tarixləri arasında doğulmuş və yer elementinə sahib olan insanlar Buğa bürcüdür. Buğa bürcü, ümumi xüsusiyyətlərinə görə laqeyd və düşüncəsiz görünən, lakin sevdikləri insanlarla qarşı istiqanlı olurlar. Bu bürclər üçün şans qapıları açılacaq. Onların ev və maşın almaq şansları daha çox olacaq. Buğaların üzü yanvarda eşqdən çox puldan yana güləcək.