Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən "Frod Tranzit" markalı mikroavtobus beton arakəsməyə çırpılıb.

Hadisə zamanı bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan dördünün vəziyyəti ağırdır.
İlkin ehtimala görə, qəzaya sürücünün yuxulaması səbəb olub./APA