Polis mayoru ürəktutmadan dünyasını dəyişib.
Polis mayoru qəfildən vəfat etdi
Pravda.az-ın APA-ya istinadən xəbərinə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Elşad İzzət oğlu Məmmədov şəxsi maşını ilə hərəkətdə olarkən qəfil ürəktutmadan vəfat edib.
1959-cu il təvəllüdlü E.Məmmədov 30 il daxili işlər orqanlarında çalışıb. O, ictimai təhlükəsizlik bölməsinin inspektoru idi.