Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qubada fəlakət: Sel körpünü dağıtdı, avtomobilləri apardı - VİDEO

1 757
Paylaş:
Qubada fəlakət:     Sel körpünü dağıtdı, avtomobilləri apardı - VİDEO

Qubada iki avtomobili sel aparıb.

Pravda.az-ın xəbərinə görə, hadisə Vəlvələ çayının rayonun Yerfi və Dərk kəndləri ərazisindən keçən hissəsində baş verib.

Şahidlərin sözlərinə görə, çaydan keçmək istəyən iki avtomobil sel sularına tuş gəlib. Nəticədə “Niva” və UAZ markalı iki avtomobil çayda batıb.

Avtomobildə olan şəxslər xilas olunsa da, nəqliyyat vasitələri sel sularının altına qalıb. Daha sonra əraziyə xüsusi texnikalar cəlb edilib. “Niva” markalı avtomobili çıxarmaq üçün əraziyə gələn “QAZ 66” markalı avtomobilin cəhdi isə uğursuz alınıb.

Ardınca traktor vasitəsi ilə avtomobilləri çıxarmaq mümkün olub. UAZ markalı avtomobil tamamilə istifadəyə yararsız vəziyyətə düşüb. Sel körpünü də uçurub.Baku TV

Paylaş:

Ən son xəbərlər