Dializ xəstələri seanslar arasında vaxtın çox olduğundan gileylənirlər. Həftənin üç günü onlara dializ seansı təyin edilir. Əgər sonuncu dializ xəstəyə beşinci və yaxud altıncı gün təyin edilirsə, xəstə bundan sonra iki gün yarım gözləməlidir. Xezerxeber.az-ın məlumatına görə, bəzi dializ xəstələri isə bu qədər müddəti gözləyə bilmədiklərini deyirlər.
Mövzuya münasibət bildirən Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib ki, dünya təcrübəsində dializin tətbiq olunma müddəti xüsusi protokolla təsdiqlənir. Bu, həftədə üç dəfədən artıq ola bilməz.
F.Babayev qeyd edib ki, böyrək çatışmazlığı xəstələliyindən əziyyət çəkən şəxslər seansını vaxtında almalı, mütəxəssislər tərəfindən təyin olunan rejimə ciddi əməl etməlidirlər.