Bakının ən böyük kəndlərindən biri olan Maştağada yolun asfaltlanması işi yarımçıq görülüb. Xezerxeber.az-ın məlumatına görə, məhəllənin daxili yollarına vurulan asfalt heç bir yolsalma normalarına uyğun gəlmir.
Kəndin içməli su problemi həll edilərkən qazılan yollara asfalt çəkilmək əvəzinə yamaq vurulub.
Sakinlər deyirlər ki, yağış yağanda buradan piyada keçmək demək olar ki, qeyri-mümkündür. Baş yola çıxmaq üçün digər alternativ çıxış olmadığından sakinlər ərazidə əmələ gələn dərin gölməçələri çətinliklə də olsa keçməyə məcburdurlar. Hətta qış aylarında su basmış yollardan keçmək üçün qaz borularının üstü ilə hərəkət etməyə məcbur qalırlar.