“Pandemiya təhlükəsizlik məsələsidir – dövlətin, millətin, genefondumuzun təhlükəsizliyi. Biz deputatlar təklif edirik ki, vətəndaşlar mövcud qaydalara əməl etməsələr, cəzalar daha da sərtləşdirilsin”.
Deputat: “Karantinlə bağlı cəzalar daha da sərtləşdirilsin”
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.
“Maska taxılmalıdır, əlcək geyinilməlidir. Bəzi insanlar var ki, xəstəliyi asimptomatik keçirirlər, yəni əlamətləri müşahidə olunmur. Lakin yaxınlarına, başqa insanlara təhlükə yaradır. Cəzaların sərtləşdirilməsi insanları inzibati yolla qaydalara əməl etməyə cəzb etmək deməkdir” – İ.Məmmədov qeyd edib.Oxu.az