Prezident İlham Əliyev tərəfindən növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə imzalanmış Sərəncamla 2024-cü ilin 7 fevralında seçkilərin keçirilməsi təyin olunub. Təyin olunmuş növbədənkənar Prezident seçkisi Azərbaycan xalqına öz iradəsinin vaxtından əvvəl ifadə etməsinə şərait yaradır.
Bu seçkiləri bizim üçün mötəbər edən növbəti vacib bir hadisə isə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində seçkilərin keçirilməsi ilə bağlıdır. Artıq ölkəmiz ərazi bütövlüyümüzü bərpa etməklə ölkə ərazisindəki “Boz zona”ya son qoyaraq suverenliyimizi bərqərar edib. İlk dəfə olaraq keçmiş məcburi köçkünlər öz dədə-baba yurd-yuvalarında səs verəcək, səsvermədə iştirak edəcəklər. Bu isə xalqımızın legitim hüququnun həyata keçirməsinin məhz kuliminasiya nöqtəsidir.
Bütün namizədlərə növbəti dəfə seçkidə bərabər imkanlarla çıxış etməsi və namizədliklərini irəli sürmək üçün demokratik mühit yaradılıb. Təəssüflə qeyd etməliyəm ki, bəziləri hələ də hansısa səbəbdən bu prosessə kölgə salmağa cəhd edirlər. Bəs sual yaranır ki, bunlar kimlərdi. Məhz marjinal müxalifət olan və dəstəkçi sayı 5000 nəfəri tapa bilməyərək, partiyalarını qeydiyyatdan keçirməyə aciz olanlardı. Onlar Vətən müharibəsindən əvvəl Qarabağı unudun və bu məsələnin həllinin qeyri-mümkün olmasını bildirənlər idi.
Daha sonra qazanılmış tarixi Qələbədən sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirələrindən utanmayıb bu Qələbəyə kölgə salmağa cəhd edənlər idi. Hər dəfəsində Xankəndi şəhərinin heç zaman azad olmayacağı kimi cəfəng fikirlər səsləndirib, insanlarımız arasında qütbləşməyə cəhd edənlər məhz 19 sentyabrda 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə növbəti dəfə susmağa məcbur oldular.