Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“Qarabağ”ın oyununun keçiriləcəyi stadionda bədbəxt hadisə

805
Paylaş:
“Qarabağ”ın oyununun keçiriləcəyi stadionda bədbəxt hadisə

Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib. Pressing.az-a daxil olan məlumata görə, hadisə uçan dam örtüyünün bərpası zamanı baş verib.

Bu gün səhər saatlarında işini yerinə yetirmək üçün dama çıxan fəhlə ehtiyatsızlıqdan yıxılıb. Hündür məsafədən beton və oturacaqlara çırpılan şəxsin vəziyyəti ağırdır. O, dərhal xəstəxanaya çatdırılıb.

Stadion rəhbərliyinin təhlükəsizliyi təmin edib-etməməsi və fəhlənin hündür yerə kəndirsiz çıxıb-çıxmaması ilə bağlı mərkəzi arenanın direktoru Tələt Məmmədovla əlaqə yaratmağa çalışsaq da, o, zəngləri cavabsız qoyub

Paylaş:

Ən son xəbərlər