Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumata aydınlıq gətirib.
İdarədən bildirilib ki, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən məsələ ilə əlaqədar müvafiq komissiya yaradılıb.
Qeyd edilib ki, Komissiyanın tərkibinə Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil ediliblər.