Bakıda aylıq maaşı 1 800 manat olan təmizləyici çalışdığı evdən oğurluq etdiyi üçün saxlanılıb. “Qaynarinfo”nun məlumatına görə, saxlanılan şəxs - 1980-ci il tarixdə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş Fəzilə Kərimova (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Fazilə Kərimova 2 mart 2023-cü il tarixdən 7 aprel 2023-cü ilədək aylıq 1800 manata təmizləyici işlədiyi zərərçəkmiş Sona Rəsulovanın evindən pul və qızılları oğurlayıb.