Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda icra hakimiyyətinin binasının qarşısında qohumunu maşınla əzən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

1 280
Paylaş:
Bakıda icra hakimiyyətinin binasının qarşısında qohumunu maşınla əzən şəxslə bağlı   RƏSMİ AÇIQLAMA

Bakıda qudalar arasında baş verən insidentlə bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, hadisə cari ilin aprel ayında baş verib:

“Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib”.

***

18:17

Sabunçu rayon icra hakimiyyətinin həyətində iki nəfər əlbəyaxa dava edib.

Sosial şəbəkələrdə yayılan videoda iki nəfərin dava etdiyi görünür.

Dava kənar şəxslərin müdaxiləsi nəticəsində dayandırılıb.

Daha sonra avtomobilə minən şəxs maşını dava etdiyi şəxsin üzərinə sürüb.

Həmin görüntüləri təqdim edirik:

Azxeber.com

 
 
Paylaş:

Ən son xəbərlər