Britaniya Parlamentində Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin ofisi tərəfindən verilmiş 7 dekabr tarixli birgə bəyanata dəstək ifadə olunub.
Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən verilən məlumata görə, İcmalar Palatasının üzvü David Duquid Parlamentdəki çıxışında birgə bəyanata tarixi hadisə kimi istinad edib. O, Azərbaycanla Ermənistan arasında davamlı sülh müqaviləsinin əldə edilməsi istiqamətində Britaniya hökuməti tərəfindən görülən işlər barədə sual verib.