Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda çökmə baş verən körpü ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

1 179
Paylaş:
Bakıda çökmə baş verən körpü ilə bağlı     RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsündə ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) temperatur şovu üzərində, asfalt-beton örtükdə yaranmış problem aradan qaldırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, qısa müddət ərzində sözügedən hissədə asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunub.

***

10:08

Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq.

Paylaş:

Ən son xəbərlər