Bakıda əri tərəfindən iki uşağı ilə birlikdə işgəncələrə məruz qalan qadının videosu yayılıb.
Pravda.az xəbər verir ki, qadın videoda narkotik istifadəçisi olan əri tərəfindən dəfələrlə döyüldüyünü, işgəncəyə məruz qaldığını deyib:
“Narkotikdən çəkirdi, məni evə salıb, paltarımı soyundurub “pol” taxtası ilə başıma vururdu. Zəncirlə əllərimi, boğazımı bağlayıb həyətdə yatırdırdı. Lüt şəkillərimi çəkib onları internetdə yaymaqla hədələyirdi”.