Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Prezident qanuna dəyişikliyi imzaladı: Yeni siyahılar müəyyənləşdi

1 212
Paylaş:
Prezident qanuna dəyişikliyi imzaladı:           Yeni siyahılar müəyyənləşdi

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə yeni siyahılar müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Beləliklə, qanunu adı dəyişib və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanun adlanıb.

İndiyə qədər qüvvədə olan Siyahıda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı və külli miqdarı (aşağı həddi) müəyyən edilib. Yeni redaksiyada verilmiş Siyahılarda şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, həmçinin tərkibində narkotik maddələr olan bitkilərin xeyli, külli və xüsusilə külli miqdarı müəyyən edilib.

SİYAHI

Paylaş:

Ən son xəbərlər