Hesablama Palatası Dövlət Neft Fondunun (DNF) gələnilki büdcəsi barədə rəyini yayımlayıb. Büdcə göstəricilərinə görə, gələn il ADNF-yə 12 milyard 73 milyon manatın daxil olması, 12 milyard 900 milyon manatınsa xərclənməsi nəzərdə tutulur. Açıqlanan göstəricilərdən aydın olur ki, ADNF-nin gələnilki gəlirləri bu ilin gözlənilən gəlirləri ilə müqayisədə (18.8 milyard manat) xeyli az olacaq.
Dövlət Neft Fondunun gözlənilən builki gəlirləri ilin əvvəlində fondun təsdiqlənmiş büdcəsindəki gəlirlərdən iki dəfə çox olacaq. Fonda daxil olması gözlənilən gəlirlərin ilkin proqnozdan iki dəfə çox olmasının səbəbi xam neft qiymətlərinin gözləniləndən çox olması, eləcə də fondun idarəetməsində olan vəsaitin gəlirlilik faizinin yüksəlməsidir. Nəzərə almaq lazımdır ki, gözlənilən gəlirlərdəki artım "Azəri"-"Çıraq"-"Günəşli" yataqları üzrə neft hasilatının azaldığı, "Şahdəniz" qaz yatağında isə olduğu kimi qaldığı bir şəraitdə baş verib. 2023-cü ildə neftin orta mədaxil qiymətinin 60 dollar olması proqnozlaşdırılsa da, ilin ilk doqquz ayında bu göstərici 78.6 dollar olub.
Bəs neft gəlirlərinin azalması ölkədə hansı sahələrdə mənfi təsirini göstərəcək? Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a bildirib ki, Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinin azalması gözlənilən idi: