Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

645
Paylaş:
Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Şirvanda 12 yaşlı uşaq qızılca sonrası ağırlaşmadan ölüb.

Şirvan sakini, 2011-ci il təvəllüdlü Şahbazzadə Ömər Kürdoğlu oğlu bir müddət əvvəl qızılcaya yoluxub.

Evdə müalicə alan 12 yaşlı Ömərin müalicəsinin düzgün aparılmaması uşaqda ağırlaşmaya səbəb olub.

O, bu gün saat 16 radələrində ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Bakı şəhərindən ixtisaslı həkim dəvət olunub.

Qızılcadan vəziyyəti ağırlan uşaqda kəskin pnevmaniya, infeksion toksiki şok vəziyyət olub.

Bütün yardımlara baxmayaraq, o xəstəxanada keçinib.

TƏBİB-dən məlumat almağa çalışacağıq.

APA

Paylaş:

Ən son xəbərlər