Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Onkoloji xəstələrin nəzərinə

701
Paylaş:
Onkoloji xəstələrin nəzərinə

Növbəti ilin əvvəllərində onkoloji xəstələrin icbari tibbi sığorta çərçivəsində xidmətlərlə qarşılanması ilə bağlı yeniliklər olacaq.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı hesabat və strateji hədəflər mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, bu istiqamətdə mütəxəssislərlə müzakirələr aparılıb.

Agentlik sədri, həmçinin deyib ki, növbəti ildən Yeni Klinikada sümük iliyi transplantasiyasının həyata keçirilməsi planlaşdırılır:

"Həkimlər Türkiyədə təlimə göndəriliblər və onlar təlimlərini yekunlaşdırdıqdan sonra qayıdaraq bu xidmətin həyata keçirilməsində iştirak edəcəklər. Bu istiqamətdə vətəndaşlar tərəfindən ciddi tələbatın olduğu müşahidə edilir".

APA

Paylaş:

Ən son xəbərlər