Dünən erməni əsirliyindən qayıdan əsgərlərimiz Hüseyn Axundov və Aqşin Bəbirov müntəzəm şəkildə fiziki zorakılıqlara məruz qalıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bu faktları gizlədib. Bu barədə Minval.az bildirib. Aqşin Bəbirovun Azərbaycan-Ermənistan sərhədində hərbi əsirlərin dəyişdirilməsi zamanı və ondan sonra evdə, jurnalistlərin azadlığa buraxılan şəxslə müsahibəsi zamanı çəkilmiş fotolarının müqayisə edərək, bu qənaətə gəlinib.
Qeyd olunur ki, mübadilə zamanı Aqşin Bəbirovun üzündə heç bir xəsarət və ya yara nəzərə çarpmayıb. Ancaq onun Bakıya qayıtdıqdan sonra yerli KİV-lərdən birinə müsahibəsi zamanı çəkilən fotosunda yeni döyülmə izləri aydın görünür: