Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, “Türk şəhidliyi” abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.
Pravda.az xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.