Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Xəzərdə zəlzələ oldu - YENİLƏNDİ -2

1 147
Paylaş:
Xəzərdə zəlzələ oldu -   YENİLƏNDİ -2

Dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Pravda.az-a bildiriblər ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:00-da qeydə alınan zəlzələnin maqnitudası 4.6-ya bərabər olub.

Ocağı 34 kilometr dərinlikdə yerləşən zəlzələ Astara, Lənkəran və Lerik və digər sərhəd rayonlarında 3 baldan çox hiss olunub.

***

15:08

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təkanların maqnitudası 4.5 olub.

Paylaş:

Ən son xəbərlər