Sabah saat 08:00-dan dekabrın 19-da, saat 22:00-a qədər Bakının Xətai rayonunun 8 Noyabr prospektinin 9-cu km-də (“Gənclik” parkının qarşısında, Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Pravda.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.