“Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” beynəlxalq konfransının Yekun Bəyannaməsi qəbul edilib.
1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV) saylı qətnamə qəbul edib.
Bu qətnamədən əvvəl 1952-ci il 16 dekabrında “Xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında” 637 (VII) saylı qətnamə qəbul edilib.
Bəyannamədə bildirilib ki, 14 dekabr 1960-cı il tarixli qətnamədən 63 il sonra Fransa imperiyasının mənimsədiyi son müstəmləkə ölkələrinin (Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayot) əhalisi, keçmiş müstəmləkələrdən Seneqal və Əlcəzairin nümayəndələri və təxminən on beş başqa ölkədən iştirakçılar aidiyyəti ölkələrdə müstəmləkə sisteminin hələ də davam etdiyini bir daha təsdiqləmək, eləcə də azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən və əsas hüquqları pozan Fransa dövlətinin siyasətini pisləmək üçün bir araya gəliblər.
Avropanı birbaşa müstəmləkəçiliyə son qoymağa məcbur etmiş Afrika və Asiyadan milyonlarla insanın mübarizələri, eləcə də fundamental insan hüquqlarını kobud və davamlı şəkildə pozmaqla keçmiş müstəmləkə imperiyaları və onların tərəfdaşları olan az saylı güclü dövlətlər planetin böyük bir hissəsi üzərində iqtisadi, maliyyə, siyasi, hərbi və mədəni hökmranlığını qoruyub saxlayan dünya nizamı sistemi qurub.
Bəyannamədə bildirilib ki, bu güclərin eqoist maraqlarına, qəddar gücə və ikili standartlar siyasətinə əsaslanan beynəlxalq hüquq, əslində, müstəmləkə və yeni müstəmləkə hökmranlığı altında olan insanlara təsir göstərən struktur bərabərsizlikləri və ağlasığmaz ədalətsizliklər nümunələrindən biridir:
"I. Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə 2023-cü il dekabrın 14-də Cenevrədə təşkil olunmuş və Fransanın son müstəmləkələri olan Fransız Qvianası, Martinik, Qvadelupa, Polineziya, Yeni Kaledoniya, Korsika, eləcə də Seneqal, Əlcəzair kimi keçmiş koloniyaların nümayəndələri və təxminən on beş başqa ölkədən olan iştirakçılar dənizaşırı departamentlər, regionlar və kollektivlərin süni hüquqi pərdə arxasında real hökmranlığı davam etdirən fransız müstəmləkə sisteminin ziyanlı əməllərini pisləyirlər və bu dominasiyanın davam etməsini aşağıdakı formada xarakterizə edirlər:
Fransa inhisarlarının xeyrinə əhalinin həddindən artıq ərzaq asılılığını (ərzaq məhsullarının 80%-dən çoxu Fransadan gəlir), həyatın yüksək qiymətini təşkil edən düşünülmüş zəif iqtisadi inkişaf strategiyasının aidiyyəti ölkələrdə həyata keçirilməsi; yoxsulluq (Fransız Qvianası əhalisinin 50%-i yoxsulluq həddində yaşayır) və kütləvi işsizlik, beləliklə, bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə altına alan hər cür sui-istifadələrin (zorakılıq, silah və narkotik ticarəti) həyata keçirilməsi;
Fransız Qvianası yerli xalqlarının əsas hüquqlarının pozulması;
Fransız mədəniyyəti hegemonluğu institutları və getdikcə yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri arxa plana keçirən və xalqlarımızın tarixinə, coğrafiyalarımıza uyğun gəlməyən fransız məktəb proqramlarını uşaqlarımıza tətbiq edən assimilyasiya siyasəti nə xalqlarımızın tarixinə, nə coğrafiyamıza, nə mədəniyyətlərimizə, nə də gələcəyimiz üçün ambisiyalarımıza uyğun gəlmir;
Torpaqların zəbt edilməsi (Fransız Qvianası torpaqlarının 90%-i Fransa dövlətinə aiddir), milyonlarla km2 Eksklüziv İqtisadi Zonalarımıza (ZEE) nəzarət (bu, Fransanı 11 milyon km2 ZEE ilə dünyada ikinci dəniz gücü edir) və onilliklər ərzində gənclərimizin Fransaya deportasiyası siyasəti vasitəsilə Qvadelupa və Martinikdə görünməmiş bir demoqrafik böhrana, təbii ehtiyatların talanmasına böyük töhfə verən məskunlaşma müstəmləkəsi;
Fransız hüquqi dövləti adı altında bütün müqavimət hərəkatlarını cinayətləşdirən və korrupsionerləri qoruyan iki səviyyəli müstəmləkə ədliyyə sisteminin yaradılması (Martinik və Qvadelupada xlordekon zəhərlənməsi və torpaq istilasına qarşı mübarizə aparan gənclərin həbsi, korsikalılar üçün onların siyasi dustaq statusunu tanımadan onları mühakimə edən və onların dustaqlıq şəraitinə qeyri-bərabər münasibət göstərən müstəsna yurisdiksiyaların yaradılması);