Mənzil sahibi olmaq istəyənlər üçün “Kristal Abşeron”da möhtəşəm fürsət var! Sadəcə 9935 manat ilkin ödəniş etməklə “Park Yasamal”da tam təmirli, 2 otaq studiya mənzil sahibi ola bilərsiniz. Yaşayış kompleksində istədiyiniz sahəyə uyğun mənzillər mövcuddur.

“Park Yasamal” yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı “ASAN xidmət” mərkəzinə qısa məsafədə yerləşir və təbiətlə vəhdət təşkil edən 4 hektar ekoloji təmiz ərazidə salınır. Bununla yanaşı Yasamal gölü ətrafı bulvar ərazisi də sakinlərin istifadəsinə veriləcək.

“Kristal Abşeron” şirkəti “Park Yasamal”da və digər layihələrdə svay sistemi tətbiq edir. Svay sistemi 6 və 12 metr olmaqla yerin dərinliyinə bərkidilən dirəklərdir. Bu dirəklər təmələ bağlanılır və binanın sürüşməyə, yerdəyişməyə qarşı dözümlülüyünü artırır. Onu da qeyd edək ki, “Kristal Abşeron” layihələrində tava tipli bütöv təməl sistemindən istifadə edir. Binanın eninə və uzununa doğru davam beton pərdə sistemi quraşdırılır. Bu sistem binanı daha möhkəm və dözümlü edir.
