Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ağacları kəsənlər cəzalandırıldı

581
Paylaş:
Ağacları kəsənlər cəzalandırıldı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Filfilli kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Paylaş:

Ən son xəbərlər