"Location” gecə klubundakı partlayışa görə təqsirləndirilən və 5 il həbs cəzası olan videobloger Rəsul Rəsulov azadlıqdadır.
Bloger artıq sosial şəbəkə hesabında aktivdir və müntəzəm paylaşımlar edir.
O, hətta dünən stadionda "Qarabağ"ın oyununu da izləyib. Rəsulun imicini dəyşməsi də nəzərdən qaçmayıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə onların cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəkləri qeyd olunub. Digər təqsirləndirilən Ruslan Məmmədova isə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi onların hökmdən şikayətini təmin etməyib.
Qeyd edək ki, ötən il aprelin 3-də gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən “Location” gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.
Toplanmış ilkin sübutlarla qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.