Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, C.Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.
Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30980 (otuz min doqquz yüz səksən) manat pulunu ələ keçirmişdir.