Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Daha bir deputat prezident seçkilərində namizəd olacaq

759
Paylaş:
Daha bir deputat prezident seçkilərində namizəd olacaq

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa prezidentliyə namizədliyini açıqlayıb.

Bu barədə Böyük Quruluş Partiyasından məlumat verilib.

Bildirilib ki, bu gün partiyanın Ali Məclisinin iclası keçirilib və Fazil Mustafanın namizədliyi irəli sürülüb.

Xatırladaq ki, bu zamana qədər prezidentliyə namizədliyini Azərbaycan Prezidenti İlham Əliyev (YAP tərəfindən), Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, deputat Zahid Oruc (özü tərəfindən) irəli sürüb.

Paylaş:

Ən son xəbərlər