“Qardaşımın keçmiş həyat yoldaşı Əzizə və bacım Şəfəq arasında qalmaqal yaranıb. Keçmiş gəlinimiz bacım haqqında polis bölməsinə müraciət etməyə hazırlaşırdı”. Bu fikirləri Oxu.Az-a mərhum xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz deyib. O bildirib ki, bacısı Şəfəq Novruz sosial şəbəkələrdə ailədaxili söz-söhbətləri ictimailəşdirərək, səhvə yol verib:
“Şəfəq dəfələrlə paylaşım etdi, məsələnin bağlanmasına imkan vermədi. Əzizə polis bölməsinin qarşısına gedəndə mənə zəng etmişdi, Lənkəranda səfərdə idim, ona bildirdim ki, sakitləşsin, söz-söhbət böyüməsin. Niyyətim sadəcə keçmiş gəlinimizi fikrindən daşındırmaq, ailəmizin adını, birliyini qorumaq idi. O isə mənim səsimi qeyd edərək, öz lehinə istifadə etməyə çalışıb. Bundan sonra Şəfəqlə də aramızda inciklik yarandı, bacım keçmiş gəlinimizi guya müdafiə etdiyimi düşünüb. Halbuki mən kimin günahkar olduğunu çox yaxşı bilirəm. Əzizənin səhvləri var, bunu hamımız yaxşı bilirik, amma qardaşımın övladlarını da düşünməliyik, onların gələcəyi vacibdir. Özü həssas dönəmdədir, mənəvi çöküb, artıq məsələnin bu qədər böyüməsini həzm edə bilmir. Belə məqamlarda kimsə daha müdrik davranmalıdır ki, hər iki tərəf sakitləşsin, Əzizənin başqa səhvlərinin də üstü açılmasın, söz-söhbət uşaqlara da mənfi təsir etməsin”.
Cavidan Novruz onu da bildirib ki, Şəfəq Novruz atasının vəfatından sonra psixoloji gərginlik içərisindədir: